SİYASƏT

Vüsal Hüseynov: MDB dövlətləri ilə Azərbaycan arasında aktiv miqrasiya dinamikası mövcuddur

MDB dövlətləri ilə Azərbaycan arasında aktiv miqrasiya dinamikası mövcuddur.

“Report” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 29-cu iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu iclasda müzakirə edilən məsələlər üzv dövlətlərin vətəndaşlarının yerdəyişməsinin asanlaşmasına, qanuni miqrasiyanın təşviqinə gətirib çıxaracaq:

“Bugünkü iclasda 2025-2026-ci illər üçün təsisatın tədbirlər planının müzakirəsi, şuranın yeni sədrliyin seçilməsi, yeni emblemin təsdiqi, təcrübə mübadiləsi və miqrasiya sahəsində milli miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər haqqında danışılacaq”.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir