GÜNDƏM

Vaşinqtonda İsrail Səfirliyinin 2 əməkdaşı güllələndi – Saxlanılan var

ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb.

Bu barədə “CBS News” telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

İnsident yerli vaxtla saat 21:15 radələrində (Bakı vaxtı ilə cümə axşamı 05:15) baş verib.

Telekanalın məlumatına görə, səfrilik əməkdaşları paytaxtdakı Yəhudi Muzeyində keçirilən tədbirdən çıxdıqları zaman atəşə tutulublar.

Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs salxanılıb.

übhəli şəxsin atəş açan zaman “Azad Fələstin” şüarı səsləndirdiyi bildirilib.

ABŞ Baş prokuroru Pem Bondinin hadisə yerinə getdiyi vurğulanıb.

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında baş verən və nəticədə İsrail səfirliyinin iki əməkdaşının həlak olduğu atışmanı “antisemitizmə əsaslanan hücum” adlandırıb.

Ağ Ev rəhbəri bu barədə “Truth Social” hesabında paylaşım edərək, həlak olan diplomatların ailələrinə başsağlığı verib.

“Bu dəhşətli qətllər, açıq şəkildə antisemitizmə əsaslanan cinayətlər dərhal dayandırılmalıdır! ABŞ-da nifrətə və radikalizmə yer yoxdur”, – Tramp qeyd edib.









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir