Ötən il Ağcabədi bələdiyyələri torpaq satışını iki dəfəyədək artırıblar
Ötən il Ağcabədi bələdiyyələri torpaq satışını iki dəfəyədək artırıblar
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 202-ci ildə Ağcabədi rayonunda formalaşan 41 bələdiyyənin büdcə gəliri 729.200 manat olub . Bu 2023-ci llə müqayisədə 17.9 faiz artım deməkdir. Əldə edilən gəlirin 16.7 faizi vergilərdən, 83.3 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 15.4 faizi torpaq, 1.3 faizi əmlak vergisindən daxil olub. Xatırladaq ki, 2023 cü ildə 41 bələdiyyənin büdcə gəliri 623.400 manat olub.
Ağcabədi bələdiyyələrinin büdcə gəlirinin 68.6 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.
Ağcabədi bələdiyyələri ötən il 195.400 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 2 dəfə çox deməkdir. İl ərzində Ağcabədi bələdiyyələrinə 106.200 manat dotasiya ayrılıb. icarə haqqlarından bələdiyyə büdcəsinə 304.900 manat və ya 7.9 faiz artıq vəsait idail olub. Bu rüsum növü ümumi büdcə gəlirinin 41.8 faizini təşkil edib.
Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən bələdiyyə büdcəsinə 500 manat maliyyə vəsaiti daxil olub. Bununla yanaşı bələdiyyə büdcəsinə il ərzində bələdiyyə müəssisələrinin mənfəət vergisindən, avtodayanacaqlardan, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarətdən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/