Modriç “Real”dan ayrılacağını rəsmən açıqlayıb
İspaniya təmsilçisi “Real”ın yarımmüdafiəçisi Luka Modriç cari mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə xorvatiyalı oyunçu sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən Madrid kollektivinin şərəfini qoruyur. 2018-ci ildə “Qızıl top” mükafatını qazanan 39 yaşlı xorvatiyalı futbolçu 6 dəfə Çempionlar Liqasının qalibi olub.
Mənbə: Report.Az