BƏLƏDİYYƏ

Elvin Yusifov Muxax  bələdiyyəsinin sədri seçilib

Elvin Yusifov Muxax  bələdiyyəsinin sədri seçilib

Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən Zqatala  rayonu Muxax bələdiyyəsinə üzv seçilmiş şəxslərin iştirakı ilə bələdiyyənin ilk iclası keçirilib. Bələdiyyə iclasını ən yaşlı üzv Laçınov Anar Əhməd oğlu aparıb. 

İclasın sədri bələdiyyə üzvlərinin siyahısını  elan edib və ilk iclasın gündəliyində sədr və sədr müavinlərinin seçilməsi məsələnin olduğunu qeyd edib.

Səsvermənin nəticəsinə əsasən Muxax bələdiyyəsinin sədri vəzifəsinə  yekdilliklə Elvin Yusifov seçilib. Seyfəddin Məhəmməd oğlu Adamov sədr müavini secilib.   

 

Qeyd edək ki, Muxax  bələdiyyəsinin 11 nəfər üzvü var .

Əlavə edək ki,  Elvin Yusifov bundan əvvəl Muxax bələdiyyəsinin sədri vəzifəsində çalışıb və fəaliyyəti ilə seçilən sədrlərdən olub. .

Belediyye.info

Mənbə: Meneviyyat.Az/