Çində torpaq sürüşməsi nəticəsində 19 nəfər dağıntılar altında qalıb
Çinin cənub-qərbində torpaq sürüşməsi nəticəsində 19 nəfər dağıntılar altında qalıb.
“Report” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Bildirilib ki, bu gün Quyçjou əyalətində iki qəsəbənin ərazisində torpaq sürüşməsi baş verib.
Axtarış-xilasetmə işləri davam edir.
Mənbə: Report.Az