DÜNYA

CAR ABŞ-yə çərçivə əməkdaşlıq sazişi təqdim edib

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ administrasiyasına əməkdaşlığa dair çərçivə sazişini təqdim edib.

“Report” “News24”ə istinadən xəbər verir ki, bunu Vaşinqtonda keçirilən mətbuat konfransında nümayəndə heyətinin üzvü, Cənubi Afrika Respublikasının ticarət, sənaye və rəqabət naziri Parks Tau bildirib.

“Müqavilənin mərkəzində ticarət və investisiya dayanır”, – Cənubi Afrikanın xəbər portalı onun sözlərini sitat gətirib.

“Biz Amerika tərəfi ilə gömrük rüsumları və tariflərini də müzakirə etdik. Cənubi Afrika Respublikasının idxal etdiyi Amerika mallarının 77 %-ə qədəri rüsumsuz tədarük olunur. Bununla yanaşı, CAR-ın ABŞ-yə ixracının əsas hissəsi əmtəələr də idxal vergisindən azaddır”, – nazir deyib.

Tau bildirib ki, Cənubi Afrika Amerika tərəfini ABŞ-dən mayeləşdirilmiş təbii qaz almaq istəyi barədə məlumatlandırıb. “Təklifimiz müsbət qarşılandı”, – nazir qeyd edib. O əlavə edib ki, “Tesla” avtomobillərinin Cənubi Afrikaya idxalı ilə bağlı sahibkar İlon Maskla danışıqlar aparılıb. “Bu məsələ ilə bağlı məsləhətləşmələr davam edir”, – Tau bildirib.

Nazir Ağ Evdə Ramaposa ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra danışıb. Görüş zamanı Cənubi Afrika Prezidenti bəyan edib ki, o, iki ölkə arasında ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağa və iqtisadi əməkdaşlığı gücləndirməyə çalışır.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir