İDMAN

“Barselona” Rafinya ilə yeni müqavilə imzaladığını elan edib

İspaniyanın “Barselona” klubu braziliyalı futbolçusu Rafinya ilə yeni müqavilə imzalayıb.

“Report” xəbər verir ki, bu barədə kataloniyalıların mətbuat xidməti məlumat yayıb.

Hücumçunun yeni sözləşməsi 2028-ci ilə qədərdir.

Qeyd edə ki, 28 yaşlı oyunçu 2022-ci ildən “Barselona”da çıxış edir. O, komandasının heyətində iki dəfə İspaniya çempionu olub, bir dəfə ölkə kubokunu, iki dəfə isə Super Kuboku qazanıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir