Bakıda keçirilən dünya çempionatında Tailand yığması Monteneqro ilə heç-heçəyə razılaşıb
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir qarşılaşma baş tutub.
“Report” xəbər verir ki, E qrupunun oyununda Tailand yığması Monteneqro ilə heç-heçəyə razılaşıb.
Milli Gimnastika Arenasında keçirilən matç 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün baş tutan digər görüşlərdə İspaniya Qananı (3:0), İndoneziya Kosta Rikanı (1:0) məğlub edib.
Foto: Məhəmməd Ağayev










Mənbə: Report.Az