İDMAN

Ağasi Məmmədov: “Boksçularımız “Heydər Əliyev Kuboku-2025” turnirində qazandıqları nəticələrlə rəqiblərini sarsıtdılar”

Azərbaycan boksçuları Bakıda keçirilmiş yeniyetmələr arasında “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirində qazandıqları yüksək nəticələrlə rəqiblərini sarsıdıblar.

Bunu “Report”a açıqlamasında yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin məşqçisi Ağasi Məmmədov deyib.

O, komandanın çıxışından razı qaldıqlarını bildirib:

“İdmançılarımız nəticələri ilə rəqiblərini sarsıtdılar. Biz bundan sonra da boksda dünyanı silkələyəcəyik. Dünyanın bu növdə tanınmış ölkələri olan Qazaxıstan, Özbəkistan və Türkiyə aparıcı idmançıları ilə Bakıya gəlmişdilər. Onlar birinci heyətlə yarışa qatılmışdılar. Hər üç komandanın 1, 2 və 3-cü nömrəli boksçuları rinqə çıxmışdı. Bizim uşaqlarımız isə hamısına qalib gəldilər. Səftər Məmmədzadə (+80 kq) yeniyetmələr arasında ən güclülərdən hesab olunan boksçuları nakautla üstələdi”.

A.Məmmədov 10-15 gündən sonra milli komandanın təlim-məşq toplanışının olacağını söyləyib. O, qarşıdakı beynəlxalq turnirlərə və Avropa birinciliyinə ciddi hazırlaşacaqlarını deyib.

Qeyd edək ki, Azərbaycanın boks millisi Bakıda keçirilən yeniyetmələr arasında “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinin qalibi olub.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir