BƏLƏDİYYƏ

Qalib Mirzəyev: “Bu gün əsas fəaliyyətimiz vətəndaşlara layiqincə xidmətdən keçir”

Qalib Mirzəyev: “Bu gün əsas fəaliyyətimiz vətəndaşlara layiqincə xidmətdən keçir”

“İmişli bələdiyyəsinin növbəti iclasında bir sıra ciddi məsələlərin həlli müzakirə edilmişdir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Qalib Mirzəyev bildirib. 

Sədrin sözlərinə görə, bələdiyyənin   fəaliyyətinin təkmilləşdirilməsi, yerli özünüidarəetmə sahəsində mövcud olan problemlərin həlli istiqamətində bir sıra tədbirlərin görülməsi iclasın əsas müzakirə mövzusu olub. 

Bununla yanaşı  iclasda bələdiyyə üzvlərinin və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə, eləcə də bələdiyyənin inzibati binasında və inzibati ərazisində yenidənqurma işlərinin başlanması barədə ümumi iclas müzakirə edilərək  müvafiq qərarlar qəbul edilmişdir. 

Sədr qeyd edib ki, bu gün əsas faəliyyətimiz vətəndaşlara layiqincə xidmətdən keçir. 

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir