SİYASƏT

Əziz Səncər: “Əlişir Nəvai” mükafatı həm mənim, həm də bütün türk dünyası üçün çox önəmlidir

Dünya şöhrətli alim Əziz Sancar “Əlişir Nəvai” mükafatının həm özü, həm də bütün türk dünyası üçün çox önəmli olduğunu deyib.

“Report”un Budapeştə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə o jurnalistlərə açıqlamasında danışıb.

Nobül mükafatçısı qeyd edib ki, Əlişir Nəvai türk dilinin inkişafı istiqamətində böyük xidmət göstərib və bunu digər alimlərlə birlikdə edib:

“Buna görə də Əlişir Nəvai türk dünyasında xüsusi yerə malikdir. Onun adını daşıyan mükafatı almaq mənim üçün çox əhəmiyyətlidir. Bu, türk dünyasının birliyi üçün çox vacibdir”.

Mənbə: Report.Az