BƏLƏDİYYƏ

Bələdiyyə sədri sakinlərlə  növbəti görüş keçirib

Bələdiyyə sədri sakinlərlə  növbəti görüş keçirib

Aprelin
10-da Cəlilabad bələdiyyəsinin sədri Vahid Mirzəyev və sədr müavini Elçin
Hüseynov Cəlilabad bələdiyyəsinin inzibati ərazisinə aid olan Seyidbazar kəndində
vətəndaşlarla görüş keçirmişdir.

 Görüşdə bələdiyyə sədri V. Mirzəyev vətəndaşlara
bələdiyyə tərəfindən görüləcək işlər və perspektivlər barədə ətraflı məlimatlar
vermiş, bu işdə vətəndaşların köməyinə arxanalacağını qeyd etmişdir. Həmçinin sədr
vətəndaşlara kənd ərazisində aparılacaq abadlıq işləri üçün maliyyə dəstəyinin
onların ödəyəcəyi vergiyə bağlı olduğunu diqqətlərinə çatdırmışdır. Bu məqsədlə
vətəndaşların ödəməli olduqları torpaq, əmlak və digər vergilərin vaxtında ödənilməsi,
bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsini tövsiyyə etmişdir.

Görüşdə
Seyidbazar kənd İƏDÜ nümayəndəsi Rüstəm Rüstəmov və müavini iştirak etmişdir.

Cəlilabad
bələdiyyəsi 

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir