İDMAN

Azarkeşlər Çempionlar Liqasının final oyununu PSJ-nin stadionunda canlı yayında izləyə biləcəklər

PSJ (Fransa) və “İnter” (İtaliya) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final oyunu “Park de Prens” arenasında azarkeşlərə canlı olaraq təqdim ediləcək.

“Report” xəbər verir ki, bu barədə parislilərin mətbuat xidməti məlumat yayıb.

Fransa təmsilçisi həlledici qarşılaşmaya gedə bilməyən tərəfdarlar üçün jest edərək bu addımı atacaq.

Qeyd edək ki, PSJ – “İnter” matçı Almaniyanın Münhen şəhərindəki “Alyans Arena”da reallaşacaq. Qarşılaşma mayın 31-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir