SİYASƏT

Azərbaycan səfiri Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə iştirak edib.

“Report” xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə yazıb.

“Azərbaycanın dost qonşusu və mühüm tərəfdaşı olan Gürcüstanın Müstəqillik Günü bayramı tədbirində iştirak etməkdən çox məmnunam. Dostum [Gürcüstan səfiri] İrakli Xutsuraulini Gürcüstanın zəngin mədəniyyətini və milli mətbəxini mükəmməl təqdim etdiyi üçün təbrik edirəm”, – o qeyd edib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir