BƏLƏDİYYƏ

Asif Həşimov: “Yenilənmiş BAMS-ın büdcə gəlirlərinə əvəzsiz töhfəsini görürük”

Asif Həşimov: “Yenilənmiş BAMS-ın büdcə gəlirlərinə əvəzsiz töhfəsini görürük”

 “Bələdiyyənin
 ilk iclaslarında birləşdirmədən sonra yeni
formalaşdırılan bələdiyyənin nizamnaməsinin yenilənməsi, daimi komissiyaların  formalaşdırılması və bələdiyyə qulluğuna qəbul
komissiyasının yaradılması müzakirə edilib” – bu fikirləri Belediyye.infoya Qəbələ
rayonu Vəndam bələdiyyəsinin sədri Asif Həşimov bildirib.

Sədr
bildirib ki, bununla yanaşı iclaslarda  Novruz
bayramı ilə əlaqədar aztəminatlı, şəhid və qazi ailələrinə sovqat verilməsi barədə
qərarlar qəbul edilib.

Hazırda
bələdiyyənin hər hansı bir quruma əsaslı borcu yoxdur. Sadəcə birləşdirmə ilə əlaqədar
yalnız fevral ayının əməkhaqqının ödənilməsi ləngiyib. Bələdiyyə büdcəsində
hazırda müəyyən layihələrin icrası üçün yetərli qədər maliyyə vəsaiti var.

Sədr
qeyd edib ki, “vətəndaş müraciətlərini daim diqqətdə saxlayırıq. Hazırda bir
qrup qəsəbə sakini ilə əsaslı təmir işləri aparacağımız “DƏŞMİR” yolu
layihəsinin detalları ilə yerində müzakirələr aparmışıq. Bununla yanaşı Novruz
bayramı ərəfsində qəsəbədə bir sıra abadlıq işlərinə də start verilib.”

Sədr
xüsusilə qeyd edib ki, yenilənmiş BAMS-ın büdcə gəlirlərinə əvəzsiz töhfəsini
görürük. Qısa zamanda SMS-lə bildiriş sisteminə keçiləcək. 

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir