BƏLƏDİYYƏ

Aqil Heydərov: “Güclü yağışın yaratdığı fəsadlar aradan qaldırılmışdır”

Aqil Heydərov: “Güclü yağışın yaratdığı fəsadlar aradan qaldırılmışdır”

“İntensiv yağan yağışlar Saatlı şəhər sakinlərinə də problem yaradıb”- bu fikirləri Belediyye.infoya adıçəkilən şəhərin bələdiyyə sədri Aqil Heydərov bildirib. 

Sədrin sözlərinə görə, Saatlı Rayon İcra Hakimiyyətinin, Saatlı bələdiyyəsinin, Saatlı rayonu Dövlət Yanğından Mühafizə Hissəsinin, Saatlı Şəhəri üzrə İcra nümayəndəliyinin birgə əməkdaşlığı və Saatlı Suvarma Sistemləri İdarəsinin texniki avadanlıqlarla dəstəyi  ilə rayonun Mətləb Kərimov, Nizami və M.F.Axundov küçələri ərazisində güclü yağışlar nəticəsində yaranmış fəsadlar aradan qaldırılmışdır.

Sədr daha sonra qedy edib ki, yağan aramsız və güclü yağış səbəbilə əhalinin sıx məskunlaşdığı küçələrdə və həyətyanı sahələrdə yaranan problemlər tamamilə aradan qaldırılmış, xüsusi ağır texnikaların cəlb edilməsi ilə yollarda nəqliyyatın hərəkəti üçün müvafiq işlər görülmüşdür.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir