Alessandro Del Pyero PRO lisenziyası əldə edib
İtaliya millisinin və “Yuventus”un sabiq hücumçusu Alessandro Del Pyero UEFA tərəfindən məşqçilərə verilən ən yüksək – PRO lisenziyasını əldə edib.
“Report”un məlumatına görə 50 yaşlı keçmiş futbolçu bu barədə sosial şəbəkələrdə məlumat paylaşıb.
Lisenziya ona top-klubları idarə etmək hüququ verir.
Qeyd edək ki, 2014-cü ildə karyerasını bitirən Alessandro Del Pyero “Yuventus”un heyətində altıqat İtaliya çempionu və Çempionlar Liqasının qalibi olub.
Mənbə: Report.Az