BƏLƏDİYYƏ

Xaliq Qasımov yenidən Xızı  bələdiyyəsinin sədri seçilib

Xaliq Qasımov yenidən Xızı  bələdiyyəsinin sədri seçilib

Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə,
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun
16-1-ci maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli
qərarına əsasən Xızı bələdiyyəsinə
 üzv seçilmiş şəxslərin iştirakı
ilə bu günlərdə bələdiyyənin ilk iclası keçirilib.

İclasın sədri  yeni  seçilmiş bələdiyyə üzvlərinin siyahısını elan edib və
ilk iclasın gündəliyində sədr və sədr müavinlərinin seçilməsi məsələsinin olduğunu qeyd
edib. Xaliq Qasımovu  sədr kimi təklifi bələdiyyə üzvü Şamil  İsmayılov verdi. Bir sıra üzvlər bu təklifi dəstəklədilər.
Və səsvermənin nəticəsinə əsasən Xızı bələdiyyəsinin sədri vəzifəsinə
yekdilliklə Xaliq Qasımov seçildi.

Birləşdirmədən
əvvəl Altıağac bələdiyyəsinin sədri olmuş Orxan Nağıyev isə Xızı bələdiyyəsinin
sədr müavini vəzifəsinə seçildi.

Xaliq
Qasımov və Orxan Nağıyev bələdiyyə üzvlərinə onlara göstərilən etimada görə, təşəkkürlərini  bildirməklə yanaşı bu etimadı doğrulıtmaq
üşün var qüvvələri ilə çalışacaqlarını bildiriblər.

Qeyd
edək ki, Xızı bələdiyyəsinin 11 nəfər üzvü var .

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir