Tramp rəqiblərindən qisas almaq üçün 2024-cü il seçkilərində qalib gəldiyini deyib
ABŞ prezidenti Donald Tramp bildirib ki, o, siyasi rəqiblərindən qisas almaq üçün prezident seçkilərində qalib gəlməli və növbəti müddətə namizədliyini irəli sürməli idi.
“Report” xəbər verir ki, bu barədə Ağ Ev lideri Con Kennedi adına İfa Sənəti Mərkəzinin qəyyumlar şurasının iclasında deyib.
“Mən bunu etdim. Birdən başa düşdüm ki, mənim 2028-ci ildə keçiriləcək Los-Anceles Olimpiadası, 2026-cı ildə futbol üzrə dünya kuboku və 2026-cı ildə ABŞ-nin yaradılmasının 250 illiyi var. Bizi tək buraxsaydılar, seçkiləri saxtalaşdırmasaydılar, indi təqaüdə çıxacaqdım. Mən məmnuniyyətlə başqa bir şey edərdim, amma bunun əvəzinə daha dörd il məni görməyə məhkumdular”, – deyə o bildirib.
Mənbə: Report.Az