BƏLƏDİYYƏ

Tahir Hüseynli Naxçıvan bələdiyyəsinin sədri seçilib

Tahir Hüseynli Naxçıvan bələdiyyəsinin sədri seçilib

Azərbaycan
Respublikası Konstitusiyasının 144-cü maddəsinə, “Bələdiyyələrin statusu
haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi
Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən bu günlərdə
Naxçıvan bələdiyyəsinə  üzv seçilmiş şəxslərin
iştirakı ilə  bələdiyyənin ilk iclası
keçirilib.

Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq  iclası ən yaşlı üzv yusif Dünyamalıyev
açaraq, yeni seçilmiş üzvləri təbrik edib. Daha sonra iclasın gündəliyində olan
məsələlərin müzakirəsinə başlanılıb.

İclas
zamanı bələdiyyə sədri vəzifəsinə  Tahir
Hüseynli namizədliyi irəli sürülüb. Təklif səsverməyə çıxarılaraq yekdilliklə qəbul
edilib. Beləliklə, Tahir Hüseynli bələdiyyəsinin sədri, Vəfa Rüstəmli isə sədr
müavini  seçiliblər.

Xanım
sədr və sədr müavini onlara göstərilən etimada görə bələdiyyə üzvlərinə təşəkkürlərini  bildirməklə yanaşı, bu etimadı doğrulıtmaq
üçün bütün  qüvvələri ilə çalışacaqlarını
bildiriblər.

Qeyd
edək ki, Naxçıvan  bələdiyyəsinin 17 nəfər
üzvü var.

1) Cəlilzadə
Ələsgər Yaşar oğlu

2)
Dünyamalıyev Yusif Əziz oğlu

3)
Əhmədli Gülər Malik qızı

4)
Əliyev Musa Ərrəhman oğlu

5)
Əliyev Orxan Hüsəməddin oğlu

6)
Əliyeva Əfanə Xanlar qızı

7)
Hacıhəsənli Həsən Cahangir oğlu

8) Həsənov
Elnur Mikayıl oğlu

9)
Hüseynli Tahir Rasim oğlu  ( sədr)

10)
Qafarov Sahib Etibar oğlu

11) Qəhrəmanov
Samir Habil oğlu

12)
Rüstəmli Vəfa İlham qızı( sədr müavini)

13)
Şahgəldiyeva Əlvanə Hüseyn qızı

14)
Seyidov Sədi Sadıq oğlu

15)
Seyidova Ləman Fuad qızı

16) Vəliyeva
Bahar Məhəmməd qızı

17)
Yusifov Hafiz Vahid oğlu


Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir