Tacikistanda “Qarabağ: milli irsin yaddaşı” adlı fotosərgisi nümayiş olunur
Tacikistanda Azərbaycan Fotoqraflar Birliyinin “Qarabağ: milli irsin yaddaşı” adlı fotosərgisi nümayiş olunur.
“Report”un Düşənbəyə ezam olunan əməkdaşı xəbər verir ki, fotosərgi Tacikistan Milli İncəsənət Muzeyində “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi çərçivəsində təqdim edilir.
Birliyin sədri Amira Süleyman “Report”a açıqlamasında bildirib ki, sərgi Vətən Müharibəsində qazanılan zəfərin beş illiyinə həsr olunub.
“Burada Qarabağ tarixini, onun tarixi-mədəni irsini özündə ehtiva edən fotolar nümayiş olunur. Sərgidə işğal dövründə abidələrə qarşı vandal münasibət, eləcə də işğaldan azad edildikdən sonrakı bərpa prosesinə diqqət çəkilir”, – o vurğulayıb.



Mənbə: Report.Az