BƏLƏDİYYƏ

Mingəçevir bələdiyyəsi daha bir layihəni icra edib

Mingəçevir bələdiyyəsi daha bir layihəni icra edib

Novruz
yazın gəlişini, təbiətin oyanışını, torpağın, ağacların  dirilişini müjdə verən, əsrlərin süzgəcindən
keçən bayramdır. Bu bayram həm də təmizlik, saflıq bayramıdır. Qışdan çıxan
xalq həyət-bacanı, ev-eşiyi, pal-paltarı səliqə-sahmana salır, hər şeyi təzələməyə
çalışır.

Mingəçevir
bələdiyyəsi də ənənəsinə sadiq qalaraq, park və bağlarda təmizlik üçün iməciliyə
çıxdı. Novruz bayramı münasibəti ilə ümumşəhər tədbirinin keçiriləcəyi S.
Vurğun parkında, parkın qarşısındakı meydanda təmir-abadlıq işləri apardı.
Parkın meydana açılan qapı-tağlar, S. Vurğunun əsərlərindən ibarət mozaikalar təmir
edildi, yenidən rəngləndi, şairin heykəli yuyuldu, yaşıllıqlar budandı. Bir
sözlə, ərazi bayram tədbirini keçirməyə tam hazır vəziyyətə gətirilib.

Mingəçevir  bələdiyyəsi

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir