İDMAN

Kriştianu Ronaldu Millətlər Liqasının oyunları üçün Portuqaliya yığmasının heyətinə çağırılıb

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”də çıxış edən ulduz futbolçu Kriştianu Ronaldu Millətlər Liqasının oyunları üçün Portuqaliya yığmasının heyətinə çağırılıb.

“Report” xəbər verir ki, 40 yaşlı hücumçu yarımfinalda Almaniya millisinə qarşı keçiriləcək görüşlərdə meydana çıxa bilər.

Qeyd edək ki, Almaniya və Portuqaliya seçmələri arasında yarımfinalın ilk matçı iyunun 4-də, “Alyans Arena”da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir