İDMAN

Konfrans Liqasının son qalibi Fransa yığmasının sabiq üzvünü transfer edib

Ötən mövsüm UEFA Konfrans Liqasının qalibi olan Yunanıstanın “Olimpiakos” kollektivi heyətini Fransa Liqa 1-də çıxış edən futbolçu ilə gücləndirib.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-ağlar” 2022-ci ildən 2025-ci ilə qədər “Lill”in şərəfini qoruyan Remi Kabellanı sıralarına cəlb edib.

Müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Remi Kabella 4 dəfə Fransa millisinin formasını geyinib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir