KİV: Pakistan və Hindistan münaqişədən əvvəlki mövqelərə qoşunları geri çəkmək barədə razılığa gəliblər
Hindistan və Pakistan hakimiyyəti may ayının sonunadək qoşunları silahlı münaqişənin başlanmasından əvvəl tutduqları mövqelərə geri çəkmək barədə razılığa gəliblər.
Bu barədə “Report” xarici KİV-lərə istinadən məlumat verir.
“Qoşunlar may ayının sonuna qədər münaqişədən əvvəl tutduqları mövqelərə çıxarılacaq”, – Pakistan Təhlükəsizlik Xidmətinin adı açıqlanmayan nümayəndəsi bildirib.
Mənbə: Report.Az