GÜNDƏM

Ararat Mirzoyan: Sülh sazişini dərhal imzalayıb, ratifikasiya etməyə hazırıq

“Ermənistan üçün sülhün alternativi yoxdur, hökumətimiz Cənubi Qafqazda davamlı sülh və rifahın təşviqinə qətiyyətlə sadiqdir”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Azərbaycanla hərtərəfli və institusional sülhün bərqərar olması üçün ardıcıl olaraq çalışırıq. Bildiyiniz kimi, Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin mətninin razılaşdırıldığını bəyan edib və Ermənistan bu sənədi dərhal imzalayıb, ratifikasiya etməyə hazırdır”, – nazir bildirib./t









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir