ABŞ Qəzza münaqişəsi tərəflərinin razılığa gəlməyə yaxın olduğu qənaətindədir
Qətərin paytaxtı Dohada Qəzza zolağındakı münaqişənin həlli üzrə birbaşa olmayan danışıqlar aparan HƏMAS və İsrail tədricən razılaşmanın əldə olunmasına yaxınlaşır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu fikri ABŞ Prezidentinin xüsusi elçisi Adam Beler səsləndirib.
“Hesab edirəm ki, Dohada dialoq iştirakçıları Qəzza ilə bağlı razılığa gəlməyə daha da yaxınlaşırlar”, – Beler qeyd edib.
Agentliyin məlumatına görə, Misirin “Əl-Qahirə əl-İxbariyyə” televiziya kanalı Qətərdə danışıqların davam etdiyi barədə məlumat verib. Bildirilib ki, hazırda ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffun rəhbərliyi altında dialoq aparılır.
Daxil olan məlumata görə, Qətərdə olan israilli danışıqçılar qrupunun missiyası ən azı daha bir gün uzadılıb.
Mənbə: Report.Az