ABŞ-nin vitse-prezidenti: Tanqo rəqsi üçün iki nəfər lazımdır
ABŞ prezidenti Donald Tramp Rusiya və Qərbi bir-birinə olan əsaslı inamsızlığı aradan qaldırmaq üçün işləməyə çağırır.
“Report” xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bəyan edib.
“Rusiya ilə Qərb arasında əsaslı inamsızlıq var. Bu, prezidentin düşündüyü şeylərdən biri, səmimi desək, axmaqlıqdır ki, biz keçmişin səhvlərindən irəli gedə bilməliyik”, – Vens bildirib.
O daha sonra fikrini belə davam etdirib: “Bununla belə, tanqo rəqsi üçün iki nəfər lazımdır. Mən bilirəm ki, prezident Tramp bunu etməyə hazırdır. Amma əgər Rusiya bunu etmək istəmirsə, biz son nəticədə deyəcəyik – bu bizim müharibəmiz deyil”.
Mənbə: Report.Az