Sergey Lavrov Ermənistana səfər edəcək – YENİLƏNİB
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 20-21-də İrəvanda işgüzar səfərdə olacaq.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə XİN-i məlumat yayıb.
Qeyd olunub ki, o, səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
13:04
Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 21-də Ermənistana səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Həmin gün Ermənistan Xarici İşlər Nazirliyində hər iki ölkənin XİN başçılarının birgə mətbuat konfransı keçiriləcək.
Mənbə: Report.Az