SİYASƏT

Sahibə Qafarova İspaniyada rəsmi səfərdədir

Milli Məclisin (MM) sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti İspaniya Krallığına rəsmi səfərə gəlib.

Bu barədə “Report”a MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Madrid şəhərinin Barahas Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıb.

Səfər çərçivəsində Milli Məclisin sədrinin bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycan-İspaniya parlamentlərarası münasibətlərinin bu günü və gələcək inkişafı barədə müzakirələr aparılacaq.

Rəsmi səfər mayın 20-də başa çatacaq.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir