Qəsəbənin küçələrinə asfalt örtüyü vurulur
Qəsəbənin küçələrinə asfalt örtüyü vurulur
“Əhmədli qəsəbəsinin küçə və məhəllədaxili yollarına Xətai RİH təşəbbüsü və təşkilatçılığı ilə asfalt örtüyü vurulur”- bu barədə məlumat adıçəkilən qəsəbənin bələdiyyəsindən daxil olub. Son illər Xətaı RİH-in təşəbbüsü və təşlkilatçılığı ilə qəsəbənin ara yolları asfaltlanaraq abadlaşdırılıb. Bundan əlavə qəsəbənin bir sıra mərkəzi küçəsinə asfalt örtüyü vurulmuş qəsəbənin mərkəzi hissəsi tarixi memarlıq əlamətləri qorunmaqla əsaslı şəkildə təmir edilərək sakinlərin istifadəsinə verilmişdir.
Bu gün qəsəbə ərazisindəki küçələrə, dalan və döngələrə asfalt vurulmuş, qəsəbənin qalan küçələrinə asfalt vurulması ilə əlaqədar hazırlıq məqsədilə su və kanalizasiya xəttləri qaydaya salınmışdır.
Sakinlər görülən işlərdən razılıq edir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.
Mənbə: Meneviyyat.Az/