BƏLƏDİYYƏ

Qəsəbənin küçələrinə asfalt örtüyü  vurulur  

Qəsəbənin küçələrinə asfalt örtüyü  vurulur  

“Əhmədli qəsəbəsinin küçə və məhəllədaxili yollarına Xətai RİH təşəbbüsü və təşkilatçılığı ilə  asfalt örtüyü vurulur”- bu barədə məlumat adıçəkilən qəsəbənin bələdiyyəsindən daxil olub. Son illər Xətaı RİH-in təşəbbüsü və təşlkilatçılığı ilə qəsəbənin  ara yolları asfaltlanaraq abadlaşdırılıb. Bundan əlavə qəsəbənin bir sıra mərkəzi küçəsinə asfalt örtüyü vurulmuş qəsəbənin mərkəzi hissəsi tarixi memarlıq əlamətləri qorunmaqla əsaslı şəkildə təmir edilərək sakinlərin istifadəsinə verilmişdir.

Bu gün qəsəbə ərazisindəki küçələrə,  dalan  və  döngələrə  asfalt  vurulmuş, qəsəbənin  qalan  küçələrinə  asfalt  vurulması  ilə  əlaqədar  hazırlıq  məqsədilə  su  və  kanalizasiya  xəttləri  qaydaya  salınmışdır.  

Sakinlər görülən işlərdən razılıq edir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir