İDMAN

Azərbaycanın daha bir güləşçisi Rusiyadakı turnirdə medal qazanıb

Azərbaycanın daha bir sərbəst güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilmiş 5 qat dünya çempionu Əli Əliyevin xatirə turnirində medal qazanıb.

Bu barədə “Report”a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Milli komandanın üzvü Cəbrayıl Qadjiyev yeni çəkidə debüt edib. 79 kq-da mübarizə aparan idmançı ənənəvi yarışda bürünc medal qazanıb.

Xatırladaq ki, ötən gün Musa Ağayev (65 kq) eyni nəticəyə imza atıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir