BƏLƏDİYYƏ

Ötən il ölkə bələdiyyələrinin büdcə gəliri 15 faizədək artıb

Ötən il ölkə bələdiyyələrinin büdcə gəliri 15 faizədək artıb

Dövlət
Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2024-ci ildə
ölkə  bələdiyyələrinin büdcə gəliri 62.359.100
olub. Bu 2023-ci llə müqayisədə 14.4 faiz çox deməkdir. Qeyd edək ki, 2023-ci
ildə ölkə bələdiyyələrin büdcə gəliri 54.505.000  manat olub. 
Əldə edilən gəlirlərin 43.6 faizi vergilərdən, 56.4 faizi isə
rüsumlardan olub.  Büdcə gəlirinin 12.5 faizi
torpaq, 31.1 faizi isə əmlak vergisindən daxil olub.

Ölkə bələdiyyələrinin
büdcə gəlirin 36.2  faizi bələdiyyə əmlakının
özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən, 4.0 faizi
mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən, 0.5 faiz bələdiyyələr tərəfindən
xüsusi ayrılmış torpa sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və
digər xidmətlərə görə ödənişlərdən,  0.3
faizi avtodaynacaqlardan, 0.9  fiziki və
hüquqı şəxslərin maliyyə yardımlarından daxil olub.

Ölkə
bələdiyyələrinə 2024-cü ildə 7.734.300 manat dotasiya və subvensiya ayrılıb.

Ölkə
bələdiyyələri ötən il ərzində mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən
daxil olan ödənişlərin həcmini 28 faiz, əmlak vergisinin həcmini 27.3 faiz, torpaq  vergisinin həcmini isə 5.4 faiz  artırıb.

Ötən
il bələdiyyə müəssisələrindən daxil olan mənfəət vergisinin həcmi 13.200 manat
olub

Bununla
yanaşı daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı
ödənişlər həcmi cəmi 44.500 manat, bələdiyyələr tərəfindən xüsusi ayrılmış
torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə
görə ödənişlərin həcmi isə 327.300 manat, bələdiyyə əmlakının icarəsindən və
istifadəyə verilməsindən daxil olan vəsatin həcmi isə  8.945.600 manat təşkil edib.

İlk dəfədir
ki, ölkə bələdiyyələrin büdcə gəlirli ümumilikdə 62 milyon manatı kecib. Bu rəqəmin
də 20 milyon manata yaxın hissəsi  paytaxt
bələdiyyələrinin üzərinə düşüb.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir