BƏLƏDİYYƏ

Nizami bələdiyyəsinin ilk iclası keçirildi: sədr və müavinləri seçildi 

Nizami bələdiyyəsinin ilk iclası keçirildi: sədr və müavinləri seçildi 

Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən Nizami bələdiyyəsinə üzv seçilmiş şəxslərin siyahısını elan edərək,bələdiyyənin ilk iclasının gündəliyində Sədr və Sədr müavinlərinin seçilməsi təsdiq olundu.
Səs vermənin nəticəsinə əsasən
Nizami bələdiyyəsi üzrə
Sədr – Quliyev Vüqar Həsən oğlu
Sədr müavini – Rəhimov Heydər Mikayıl oğlu
Sədr müavini – Abbasova Yeganə Ziyad qızı
Sədr müavini – Qafarov Emil Fariz oğlu.
Hər bir üzvümüzü bu qalibiyyətlə əlaqədar olaraq təbrik edirəm və gələcək 5 il fəaliyyətimiz müddətində hər birimizə uğurlar arzu edirəm.
Dövlətimiz,Millətimiz,Vətənimiz üçün xeyirli və uğurlu olsun.
Nizami bələdiyyəsi

Mənbə: Meneviyyat.Az/