“Avroviziya-2025” mahnı müsabiqəsinin finalı başlayıb – CANLI
“Avroviziya-2025” mahnı müsabiqəsinin finalı başlayıb.
“Report” xəbər verir ki, yarış “Arena Plus”da keçirilir.
Finalda aşağıdakı ölkələr mübarizə aparır: Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya, Ukrayna, Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta, Yunanıstan.
Qeyd edək ki, müsabiqədə Azərbaycan “Mamagama” qrupunun “Run with U” mahnısı ilə təmsil olunub və ilk yarımfinal mərhələsində mübarizəni dayandırıb.
Mənbə: Report.Az