BƏLƏDİYYƏ

Asif Əsgərov: “Nəsimi bələdiyyəsində sakinlərin istəklərinə uyğun olaraq bütün məsələlər həll edilir”

Asif Əsgərov: “Nəsimi bələdiyyəsində sakinlərin istəklərinə uyğun olaraq bütün məsələlər həll edilir”

112 saylı Zaqatala seçki dairəsinin
Milli Məclisdəki deputatı, gənclər və idman nazirininin keçmiş müavini, üç
rayonda icra başçısı işləmiş Asif Əsgərov Modern.az saytının
redaksiyasında əməkdaşlarımıza geniş müsahibə verib.

Müsahibədə icra-bələdiyyə
münasibətlərinə də toxunulub. Həmin hissəni oxucuların diqqətinə çatdırırıq.

– Belə fikirlər var ki, İcra
hakimiyyətləri bələdiyyələrə işləməyə imkan vermir. Bu iki qurum arasındakı
münasibətlər barədə nə deyə bilərsiniz?

– Mən icra başçısı işlədiyim
yerlərdə bələdiyyələr çox düzgün istiqamət seçdim. Mən həmişə onlara sərbəstlik
vermişəm. Bələdiyyələrdən yeganə istəyim rayonda quruculuq işlərinin
aparılmasında dəstək olmaları idi. Bu gün düşünmürəm ki, haradasa qeyd
etdiyiniz hal olsun. Bələdiyyələrin də problemləri var, onlarda hər şey
qaydasındadır desək, bu da doğru olmaz. Hər şey yaxşı olsaydı, seçkilərdə bələdiyyələr
birləşdirilməzdi. Bəzi bələdiyyələr var ki, bu gün öz aparatlarını saxlaya
bilmirlər. Amma elə bələdiyyələr də var ki, öz işlərini düzgün qururlar. Məsələn,
Nəsimi bələdiyyəsində sakinlərin istəklərinə uyğun olaraq bütün məsələlər həll
edilir. Biz Nəsimi rayonunda bələdiyyədən ildə bir neçə abadlaşdırılmış həyətin
sakinlərin istifadəsinə verilməsini xahiş edirdik. İndi seçilən heyəti deyə
bilmərəm, amma əvvəlki bələdiyyənin sədri və heyəti bütün məsələlərdə çox aktiv
fəaliyyət göstəriblər.

https://modern.az/musahibe/505673/yashli-insanlar-incimesinler-tedricen-z-yerlerini-genclere-vermelidirler-musahibe/



Mənbə: Meneviyyat.Az/