BƏLƏDİYYƏ

Şabran bələdiyyəsində vətəndaş qəbulu keçirilib

Şabran bələdiyyəsində vətəndaş qəbulu keçirilib

Bu gün Şabran Bələdiyyəsində növbəti vətəndaş qəbulu baş tutdu. Görüş zamanı sakinlərin gündəmdə olan sosial-məişət, infrastruktur və digər yerli əhəmiyyətli məsələlərlə bağlı müraciətləri dinlənildi. Hər bir vətəndaşın qaldırdığı problem diqqətlə araşdırıldı və yerində müzakirə olundu.

Qəbula gələn vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi, bəzi məsələlərlə bağlı isə araşdırmalar aparılması üçün qeydlər götürüldü.

Qeyd edək ki, Şabran Bələdiyyəsində vətəndaş qəbulları hər həftənin I və IV günləri bələdiyyə sədrinin iştirakı ilə həyata keçirilir. Bu görüşlər vətəndaşlarla birbaşa ünsiyyət qurmaq, onları narahat edən məsələləri yerində dinləmək və imkan daxilində operativ həllini təmin etmək məqsədi daşıyır.

Sakinlərimizi növbəti qəbullarda aktiv iştirak etməyə, öz təklif və müraciətlərini bildirməyə dəvət edirik. Birlikdə daha güclü və abad Şabran üçün çalışırıq!

Şabran bələdiyyəsi

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir