DİASPOR

QHT sədri Belarus səfiri ilə görüşüb

Mayın 16-da Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçlə görüşərək “Böyük Qələbənin varisləri” kitabını təqdim ediib. O, Səfir Dimitiri Pineviçə 80 il öncə Belarus torpaqlarının alman faşistlərindən azad olunması uğurunda Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqlardan danışıb. Həmçinin bu gün həmin insanların nəvə-nəticələrinin də Belarusda Azərbaycan diasporunu təmsil etiklərini qeyd edib. Hörmətli səfir müəllifə belə bir kitabın nəşrinə görə təşəkkür edib. O, Azərbaycan xalqının qəhrəmanlığını və Belarusdakı Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirərək, iki dövlətin və xalqın dostluğunu xüsusi vurğulayıb.

Həmçinin bu kimi kitabların gənc nəsilin tarixi yaddaşının möhkəmlənməsində, vətənpərvərlik hissinin yüksəlməsində əhəmiyyətini qeyd edib.

image-d3af9574-3442-4723-8dab-3ddc50df7b27

Mənbə: Diaspornews.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir