İDMAN

Naxçıvan Futbol Federasiyasının prezidenti: “Araz-Naxçıvan”ın Azərbaycanı ilk dəfə Avropada təmsil etməsi qürurvericidir

Tarixdə ilk dəfə “Araz-Naxçıvan”ın Azərbaycanı Avropada təmsil etməsi qürurvericidir.

Bu barədə “Report”un yerli bürosuna açıqlamasında Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov deyib.

“Təbii ki, uğur hər birimizin uğurudur, Naxçıvan ictimaiyyətinin, futbolunun uğurudur. Qeyd edim ki, artıq gələn mövsümdən “Araz-Naxçıvan”ın heyətində 50 faiz dəyişiklik olacaq ki, komandamız Avroliqada daha uğurlu çıxış eləsin. Naxçıvan stadionunda da işlərimiz başlayıb. Layihə hazırlanır. Ümidvaram ki, yaxın gələcəkdə Naxçıvanda oynayacağıq”, – federasiya rəhbəri bildirib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir