Mahir Novruzov yenidən Qala bələdiyyəsinin sədri seçilib
Mahir Novruzov yenidən Qala bələdiyyəsinin sədri seçilib
Azərbaycan
Respublikası Konstitusiyasının 144-cü maddəsinə, “Bələdiyyələrin statusu
haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi
Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən Xəzər rayonu
Qala bələdiyyəsinə üzv seçilmiş şəxslərin
iştirakı ilə bu günlərdə bələdiyyənin ilk iclası keçirilib.
İclasın
sədri olan bələdiyyənin ən yaşlı üzvü bələdiyyə üzvlərinin siyahısını elan edib
və ilk iclasın gündəliyində sədr və sədr müavinlərinin seçilməsi məsələnin
olduğunu qeyd edib.
Səsvermənin nəticəsinə əsasən Qala bələdiyyəsinin sədri vəzifəsinə
yekdilliklə Mahir
Novruzov seçilib.
Bəhram
Şıxəliyev isə Qala bələdiyyəsinin sədr
müavini vəzifəsinə seçilib.
Qeyd edək ki, Qala bələdiyyəsinin 11 nəfər üzvü var .
Sədr
və sədr müavini bələdiyyə üzvlərinə onlara göstərilən etimada görə, təşəkkürlərini bildirməklə yanaşı bu etimadı doğrulıtmaq
üşün var qüvvələri ilə çalışacaqlarını bildiriblər.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/