BƏLƏDİYYƏ

İsrafil Hüseynov Buzovna  bələdiyyəsinin sədri seçilib

İsrafil Hüseynov Buzovna  bələdiyyəsinin sədri seçilib

Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə,
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun
16-1-ci maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli
qərarına əsasən Xəzər rayonu Buzovna
bələdiyyəsinə
üzv seçilmiş şəxslərin iştirakı ilə bələdiyyənin ilk iclası keçirilib. 

İclasa sədrliyi ən yaşlı namizəd Əfrasiyab Əmirov  edib.

İclasın sədri bələdiyyə üzvlərinin siyahısını  elan edərək,
ilk iclasın gündəliyində sədr və sədr müavinlərinin seçilməsi məsələnin
olduğunu qeyd edib. 

Beləliklə, səs vermənin nəticəsinə əsasən Buzovna bələdiyyəsinin
sədri vəzifəsinə  yekdilliklə İsrafil
Hüseynov
seçilib. 

Təbriz
Nəsir oğlu Ağayev və Emil Rasim oğlu Musayev bələdiyyənin sədr
müavinləri vəzifəsinə seçiliblər.

İclasda sədr
və s
ədr müavinləri  bələdiyyə üzvlərinə onlara göstərdikləri etimada
görə təşəkkürlərini
bildiriblər.

Qeyd edək ki, Buzovna
bələdiyyəsinin
15 nəfər üzvü var .

Belediyye.info  

Mənbə: Meneviyyat.Az/