DÜNYA

İraq Qəzza və Livanın bərpasına vəsait ayıracaq

İraq Qəzza zolağı və Livanın bərpası üçün ayrı-ayrılıqda 20 milyon dollar ayıracaq.

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə İraqın Baş naziri Məhəmməd əs-Sudani Bağdadda Ərəb Dövlətləri Liqasının 34-cü sammitinin açılışında bildirib.

“Biz birgə fəaliyyəti aktivləşdirmək üçün 18 təşəbbüs elan edirik. İraq Qəzza və Livanın bərpası üçün ayrı-ayrılıqda 20 milyon dollar vəsait ayıracaq”, – o qeyd edib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir