İDMAN

İngiltərənin nəhəng klubları qanalı futbolçunu transfer etmək istəyir

İngiltərənin “Arsenal” və “Liverpul” klubu “Vest Hem”də çıxış edən Məhəmməd Kudusu heyətinə cəlb etmək istəyir.

“Report” xəbər verir ki, bu barədə “TBR Football” nəşri məlumat yayıb.

London təmsilçisi 24 yaşlı vingeri 65-70 milyon funt-sterlinqə satmağa hazırdır.

Qanalı oyunçunun mümkün gedişi ilə bağlı danışıqların yaxın həftələrdə sürətlənəcəyi gözlənilir.

Qeyd edək ki, Məhəmməd Kudus cari mövsüm “Vest Hem” forması ilə 33 oyuna çıxıb, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir