Fransa BMT məhkəməsində İrana qarşı iddia qaldırıb
Fransa İslam Respublikasında həbsdə olan iki vətəndaşının hüquqlarının pozulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı iddia qaldırıb.
“Report”un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə məhkəmənin açıqlamasında deyilir.
Qeyd olunur ki, söhbət İranda Fransa vətəndaşlarının hüquqlarının ciddi və sistematik şəkildə pozulmasından, o cümlədən iki fransızın – Jak Pari və Sesil Kolerin saxlanılmasından, həbsindən gedir. Fransa tərəfi bu əsasda Tehranı 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarını pozmaqda ittiham edir.
Xatırladaq ki, aprelin 2-də Fransanın xarici işlər naziri Jan-Noel Barro Parisin Pari və Kohlerin saxlanılması ilə bağlı BMT və Aİ vasitəsilə tədbirlər görmək niyyətini açıqlayıb. Onun sözlərinə görə, Fransa vətəndaşları 1 000 gündən artıqdır ki, həbsdədirlər. Onlar İranda casusluq ittihamı ilə saxlanılıblar.
Mənbə: Report.Az