DÜNYA

Zelenski Rusiya ilə danışıqlar üçün Ukrayna nümayəndə heyətinin tərkibini təsdiqləyib

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 16-na planlaşdırılan Türkiyədə Rusiya ilə danışıqlar prosesində iştirak etmək üçün nümayəndə heyətinin yaradılması barədə sərəncam imzalayıb.

“Report” xəbər verir ki, müvafiq sərəncam Prezidentin rəsmi saytında dərc olunub.

“Ukrayna nümayəndə heyəti Ukrayna beynəlxalq tərəfdaşları – Türkiyə Respublikası və Amerika Birləşmiş Ştatları nümayəndə heyətləri, həmçinin Rusiya Federasiyası nümayəndələri ilə 2025-ci il mayın 15-16-da İstanbulda ədalətli və davamlı sülhə nail olmaq üçün planlaşdırılan danışıqlar prosesində iştirak etmək üçün aşağıdakı tərkibdə formalaşdırılsın”, – sənəddə deyilir.

Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov rəhbərlik edir. Heyətə həmçinin xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa, Təhlükəsizlik Xidmətinin sədr müavini Aleksandr Poklad, Baş Qərargah rəisinin müavini Oleksiy Şevçenko, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəis müavini Vadim Skibitski, Xarici Kəşfiyyat Xidmətinin birinci sədr müavini Oleh Luhovski, eləcə də Silahlı Qüvvələrin Baş Qərargahı, Hərbi Hava və Dəniz Qüvvələri və Müdafiə Nazirliyinin nümayəndələri, Prezident Ofisinin müşaviri Oleksandra Oleksandrova daxildir.

Mənbə: Report.Az