BƏLƏDİYYƏ

Şəmsi Əliyev: “Ərazimizdə olan mülkiyyətin kifayət  qədər hissəsinin sənədinin olmaması fəaliyyətimizə müəyyən probem yaratmaqdadır”

Şəmsi Əliyev: “Ərazimizdə olan mülkiyyətin kifayət  qədər hissəsinin sənədinin olmaması fəaliyyətimizə müəyyən probem yaratmaqdadır”

“Goranboy bələdiyyəsi fəaliyyətinin əvvəlki templə
davam etdirir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Şəmsi Əliyev
bildirib.

Ötən illərdəki fəaliyyəti qənaətbəxş hesab edən sədr
bildirib ki, bələdiyyənin uğurunun kökündə 
kollektivin birgə fəaliyyəti dayanır. Bu gün bələdiyyənin üzv və
qulluqçularının yekdil fəaliyyətinin nəticəsidir ki, bələdiyyənin hər hansı bir
quruma borcu yaranmayıb.

Bütün sosial ödənişləri və əməkhaqları ödənişi  vaxtlı-vaxtında həyata keçirilir. Bununla
yanaşı şəhərdə aparılan abadlıq-quruculuq işlərinə öz köməyimizi göstərməklə
yanaşı, sakinlərin qaldırdığı problemin həllinə də çalışırıq. Məqsədimiz seçicilərimizin
etimadını doğrultmaqdır.

Sədr qeyd edib ki, hazırda Göranboy bələdiyyəsi olaraq
vergi və ödənişlərin yığılmasında yaranan problemləri həll edirik.

Bu gün BAMS-ın
Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi fəaliyyətimizə
müsbət təsir edib, ancaq ərazimizdə olan mülkiyyətin 70 faizədək hissəsinin sənədinin
olmaması fəaliyyətimizə müəyyən problem yaradır. Bu gün  kollektiv üzvləri vətəndaşları maarifləndirici
söhbətlər aparmaqla, həm də bələdiyyənin vergi-uçot sistemini təkmilləşdirmək və
qanunvericiliyin tələblərinə uyğun olaraq addımların atılmasına çalışır.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/