Şabran şəhərində iftar süfrəsi təşkil edildi
Şabran şəhərində iftar süfrəsi təşkil edildi
MÜSİAD Azərbaycan İctimai Birliyinin təşkilatçılığı, Türkiyənin Azərbaycandakı səfiri Birol AKGÜN, Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA Quba-Xaçmaz regional koordinatoru Azər Pənahovun, müşavirlərin, QHT təmsilçilərinin, Şəhid ailələrinin, qazilərimizin, Axısqa türklərinin, sahibkarların iştirakı ilə iftar süfrəsi təşkil olundu.
1990-cı ildə Türkiyədə təsis edilmiş, bu gün 84 fərqli ölkədə 179 şöbəsiylə fəaliyyət göstərən, 14000 üzvüylə 60 min şirkəti birləşdirən Müstakil Sanayici ve İşadamları Derneği – MÜSİAD birlik və bərabərlik ruhuyla millətimizin maddi və mənəvi inkaşafına önəmli töhfələr verməkdədir.
Tədbirin təşkilində verdikləri dəstəyə görə Şabran RİH başçısına, əməyi keçən hər kəsə təşəkkür edirik.
Mənbə: Meneviyyat.Az/