SİYASƏT

Qubada Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Ərzumanovla vida mərasimi keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşən İsaməddin oğlu Ərzumanovun meyitinin qalıqları Quba rayonuna gətirilib.

“Report”un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Quba şəhərində ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Elşən İsaməddin oğlu Ərzumanov 1974-cü il martın 23-də Qubada anadan olub. O, 1993-cü il aprelin 5-də Kəlbəcər rayonu Murovdağ istiqamətində itkin düşüb.

E.Ərzumanov Quba şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir